Beynəlxalq Enerji Agentliyi neft bazarının vəziyyəti ilə bağlı son hesabatında bu ilin ikinci ayında OPEC-in ümumi neft hasilatının sutkada 26 milyon 910 min barel olduğunu açıqlayıb. OPEC-in bu ay neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 140 min barel artıb.
OPEK-in 12 üzvü arasında İran, Liviya, Venesuela və Səudiyyə Ərəbistanı olmaqla 4 ölkə bu ay hasilatı artırıb. İranın 2024-cü ilin fevral ayında neft hasilatı əvvəlki ayla müqayisədə 30 min barel artaraq gündəlik 3,2 milyon barrelə çatıb. Bu ilin ilk ayında İranın neft hasilatı sutkada 20 min barel artmışdı. İran ötən ilin son ayında gündəlik 3 milyon 150 min barel neft hasil etmişdi.
Sizin rəyiniz